Bank Of Baku

Noyabrda Gəncədə qaz pulu 50% səviyyəsində toplanıb

Noyabrda Gəncədə qaz pulu 50% səviyyəsində toplanıb
# 15 dekabr 2006 09:59 (UTC +04:00)
Cari ilin noyabr ayında Gəncədə istehlak olunmuş qaza görə istehlakçılar tərəfindən ödənişlər 50,2% səviyyəsində yerinə yetirilib. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Ramiz İsmayılov məlumat verib.
R.İsmayılovun sözlərinə görə, bu, ötən aylarla müqayisədə xeyli artıqdır. Rəis həmçinin qeyd edib ki, Gəncədə 30 176 abonentin sayğacı mövcuddur. Ötən ay onlardan 12 980-i istifadə etdiyi qazın pulunu ödəməyib. Belə abonentlərin idarəyə 35 305 AZN-lik borcu var. Eyni zamanda, 32 450 sayğacsız abonentdən 21 190-ı noyabrda ödəniş etməyərək idarəyə 287 min AZN borclu qalıb.
R.İsmayılovun sözlərinə görə, şəhər ərazisində sayğaclaşdırma işi davam etdirilir və dekabrın ilk yarısında 1582 sayğac quraşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR