Bank Of Baku

Dekabrın 16-dan 31-dək Azərbaycanda “Səhiyyə günləri” qeyd ediləcək

Dekabrın 16-dan 31-dək Azərbaycanda “Səhiyyə günləri” qeyd ediləcək
# 15 dekabr 2006 14:06 (UTC +04:00)
Dekabrın 16-dan 31-dək Azərbaycanda “Səhiyyə günləri” qeyd ediləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Səhiyyə günləri” çərçivəsində Bakı, Salyan, Masallı, Astara, Bərdə, Yevlax, Gəncə və Şəkidə 10-11 səhiyyə obyektinin açılışı olacaq. Həmin səhiyyə müəssisələri dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına təmir edilən və ya yenidən qurulan poliklinika, təcili yardım məntəqələri və xəstəxanalardır. Obyektlərin açılışında iştirak etmək üçün səhiyyə naziri Oqtay Şirəliyev gələn həftə rayonlara səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR