Bank Of Baku

Səhiyyə naziri Masallıda olub

Səhiyyə naziri Masallıda olub
# 18 dekabr 2006 13:30 (UTC +04:00)
Dekabrın 18-də respublikanın səhiyyə naziri Oqtay Şirəliyev Masallıda Regional Təcili Tibbi Yardım Məntəqəsinin açılışında iştirak edib. APA-nın cənub bürosunun məlumatına görə, Avropa standartları səviyyəsində qurulmuş və müasir tələblərə tam cavab verən bu tibb ocağı cənub bölgəsinin əhalisinə xidmət edəcək. Mərasim zamanı O. Şirəliyev Dövlət Neft Şirkətinin vəsaiti ilə alınan 11 ədəd “UAZ” markalı sanitar avtomobilinin açarlarını Masallı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Yardımlı və Lerik rayonlarının səhiyyə müəssisələrinin rəhbərlərinə təqdim edib. Sonda səhiyyə naziri Masallı Mərkəzi Rayon Xəstəxanasını şöbələrini gəzərək buradakı şəraitlə yaxından tanış olub.
Qeyd edək ki, həmin gün Bakıdan gəlmiş həkim briqadası regionda məskunlaşmış qaçqın və köçkünlərə, aztəminatlı şəxslərə təmənnasız tibbi xidmət göstərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR