Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu il 184 obyektin fəaliyyətini müvəqqəti dayandırıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu il 184 obyektin fəaliyyətini müvəqqəti dayandırıb
# 19 dekabr 2006 13:37 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) bu il ərzində 184 obyektin fəaliyyətini müvəqqəti dayandırıb. Mərkəzdən APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılan obyektlər bütün növ istehsal sahələri ilə məşğul olanlardır. Həmin müəssisələrin bağlanmasının səbəbi onların sanitar-gigiyenik qaydalara əməl etməməsi, sanitar orqanların razılığı olmadan fəaliyyətə başlamasıdır. Bu müəssisələrin 80%-nin fəaliyyətinə RGEM hələ də icazə verməyib. Həmin müəssisələr yalnız onlara irad tutulan nöqsanları aradan qaldırdıqdan sonra fəaliyyət göstərə bilərlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR