Bank Of Baku

Səhiyyə Nazirliyinin həkim briqadası Bərdədə aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər arasında müayinə aparıb

Səhiyyə Nazirliyinin həkim briqadası Bərdədə aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər arasında müayinə aparıb
# 20 dekabr 2006 16:29 (UTC +04:00)
Səhiyyə Nazirliyinin müxtəlif ixtisaslı həkimlərdən ibarət briqadası bu gün Bərdə şəhərində qaçqın və məcburi köçkünlər, eyni zamanda aztəminatlı ailələr arasında müayinə aparıb. Qrupa rəhbərlik edən Səhiyyə Nazirliyinin baş nevropatoloqu Ramin Rzayev APA-nın Qarabağ bürosuna bildirib ki, doqquz ixtisas üzrə mütəxəssislərdən ibarət həkim briqadası bir gün Bərdə şəhərində səhhətindən şikayət edənlər arasında müayinə apardıqdan sonra Tərtər rayonunda olacaq. Ağır diaqnozlu xəstələrə göstərilən xidmətlə bağlı suala cavabında R. Rzayev deyib ki, ehtiyac duyulan xəstələr göndərişlə paytaxtdakı xəstəxanalarda pulsuz müalicə ala biləcəklər. Cərrahiyyə əməliyyatına ehtiyac olsa, həmin xəstələr pulsuz əməliyyat ediləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR