Bank Of Baku

Kristian Ştrohal: “ATƏT seçki islahatlarının aparılması sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcək”

Kristian Ştrohal: “ATƏT seçki islahatlarının aparılması sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcək”
# 21 dekabr 2006 10:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohal verib. İki gün ərzində Bakıda hakimiyyət və müxalifət nümayəndələri, o cümlədən QHT rəhbərləri ilə görüşəcəyini deyən Kristian Ştrohal müzakirələrdə əsas diqqətin seçki islahatlarına ayrılacağını deyib. “Artıq bir neçə ildir ki, biz seçki sahəsində islahatların aparılması ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq. Bu sahədə həm Azərbaycan hökuməti, həm müxalifət, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə əməkdaşlıq davam edəcək”. Kristian Ştrohal müzakirələr zamanı mövcud problemləri müəyyənləşdirərək çıxış yollarının aranacağını deyib: “Mövcud olan çətinlikləri müzakirə edib birgə həll etməyə çalışacağıq. Səfər başa çatdıqdan sonra ATƏT-in bu məsələlərlə bağlı addımlarını açıqlaya bilərəm”. ATƏT təmsilçisi Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin nisbətən normallaşdığını, lakin müəyyən problemlərin hələ də qaldığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR