Bank Of Baku

DİN-in Miqrasiya Xidmətinin rəisi Şövqü Hadıyev: “Azərbaycana qanunsuz gələnlər ən çox Pakistan vətəndaşlarıdır”

DİN-in Miqrasiya Xidmətinin rəisi Şövqü Hadıyev: “Azərbaycana qanunsuz gələnlər ən çox Pakistan vətəndaşlarıdır”
# 21 dekabr 2006 12:17 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Xidmətinin (MX) rəisi polkovnik Şövqü Hadıyev deyib. Xidmət rəisi bildirib ki, MX bu il mayın 15-də fəaliyyətə başlayıb. Hazırda MX-in Araşdırma Mərkəzində 19 xarici vətəndaşın saxlandığını bildirən Ş. Hadıyev qeyd edib ki, onların 4-ü Pakistan, 2-si İran, 1-i Hindistan, 5-i Banqladeş, 1-i Gürcüstan, 3-ü Nigeriya, 1-i Özbəkistan, 1-i Tunis, 1-i isə Vyetnam vətəndaşıdır: “Vyetnam vətəndaşı mərkəzə Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisəsindən gətirilib. O, cinayət törətdiyinə görə, məhkum edilib və artıq cəzasını başa vurub. İndi onu deportasiya etmək lazımdır. Amma həmin şəxsin heç bir sənədinin olmaması ciddi problem yaradıb. Biz Vyetnamın Rusiya və Türkiyə səfirliklərinə müraciət etmişik ki, bu şəxs barəsində müvafiq sənədlər hazırlansın. Sənədləri gələndən sonra o, ölkəsinə göndəriləcək. Burada saxlanılanlar getmək istəmirlər. Onlara gündə 3 dəfə yemək verilir, rahat yataqları, daimi isti-soyuq suları var, həkim nəzarətində saxlanılırlar. Bizdən narazı deyillər. Əksinə, biz onlardan narazıyıq ki, Azərbaycanda sənədsiz yaşayırlar”. Xidmət rəisi bildirib ki, Azərbaycana qanunsuz gələnlər ən çox Pakistan vətəndaşlarıdır. Belə ki, indiyədək saxlananların 73-ü pakistanlıdır. Bundan başqa, 37 İran, 31 Hindistan, 17 Banqladeş vətəndaşı saxlanılıb. Rəis bildirib ki, Azərbaycan həbsxanalarda cəza çəkən əcnəbi məhkumlar cəza müddətini başa vurduqdan sonra MX-inin xətti ilə ölkələrinə göndərilirlər: “Həbs müddəti başa çatmış məhkumun göndərilməsi üçün həmin ölkənin səfirliyinə müraciət olunur və ölkəsinə göndərilir. Hazırda 4 belə sənəd icraatdadır. Həmin məhkumlar yanvarda cəzalarını başa vuracaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR