Bank Of Baku

“Azəristiliktəchizat” Bakıda 1700 yaşayış binasını istiliklə təchiz edib

“Azəristiliktəchizat” Bakıda 1700 yaşayış binasını istiliklə təchiz edib
# 21 dekabr 2006 15:38 (UTC +04:00)
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu qış mövsümündə nəzərdə tutulandan daha çox yaşayış binasını istiliklə təchiz edə bilər. Bu barədə APA-ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.
İ.Mirzəliyevin sözlərinə görə, yaşayış obyektlərinin istilik təchizat prosesinin aktivləşdirilməsi yeni qazanxanaların istismara verilməsi hesabına reallaşdıra bilərlər. “Azəristiliktəchizat” bu qış Bakıdakı 12 istilik məntəqəsində yenidənqurma işləri apararaq onları qazanxanaya çevirib, 7 qazanxananı isə modernləşdirib. Ümumilikdə, hazırda Bakıda 126 qazanxana işləyir. İndiyədək istiliklə təchiz edilməsi nəzərdə tutulan 1885 yaşayış binasından 1700-ü, 135 məktəbdən 126-ı, 114 uşaq bağçasından 104-ü, 40 səhiyyə müəssisəsindən 35-i istiliklə təchiz edilib. Qalan obyektlərin də yaxın günlərdə istiliklə təchiz ediləcək.
İ.Mirzəliyev əlavə edib ki, sakinlər və Mənzil İstismar Sahələri binadaxili istilik borularını bərpa etsələr, “Azəristiliktəchizat” həmin binalara da istilik verə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR