Bank Of Baku

Dövlət Komitəsinin sədri Nazim İbrahimov: “ Rusiyadan heç bir azərbaycanlı deportasiya olunmayıb”

Dövlət Komitəsinin sədri Nazim İbrahimov: “ Rusiyadan heç bir azərbaycanlı deportasiya olunmayıb”
# 26 dekabr 2006 09:32 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA-ya verdiyi eksklüziv açıqlamaya görə, məsələnin həlli ilə bağlı işçi qrupunun üzvləri dünən Rusiyadan qayıdıblar. O bildirib ki, soydaşlarımızdan Rusiyadan deportasiya olunanı yoxdur: “Yarana biləcək problemin qarşısını almaq üçün Rusiyada işçi qrupu səviyyəsində bir sıra görüşlər keçirilib. Rusiya ilə Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətləri bütün məsələləri qarşılıqlı əməkdaşlıq çərçivəsində həll etməyə imkan verir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” noyabr 22-də sərəncam imzalayıb və bundan sonra dövlət komissiyası yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR