Bank Of Baku

Mingəçevir, Sumqayıt və Bərdədəki orta məktəblərdə məskunlaşan məcburi köçkünlər üçün yeni yaşayış binaları tikiləcək

Mingəçevir, Sumqayıt və Bərdədəki orta məktəblərdə məskunlaşan məcburi köçkünlər üçün yeni yaşayış binaları tikiləcək
# 26 dekabr 2006 13:53 (UTC +04:00)
Azərbaycanın şəhər və rayonlarındakı orta məktəb binalarında məskunlaşan məcburi köçkünlər üçün yeni yaşayış yerlərinin salınmasına başlanılıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, ilk olaraq, Mingəçevir, Sumqayıt şəhərləri və Bərdə rayonundakı 36 orta məktəb binasında müvəqqəti məskunlaşan 814 məcburi köçkün ailəsi üçün yeni yaşayış binaları tikiləcək. Bu iş Asiya İnkişaf Bankının “Məcburi köçkünlər və aztəminatlı əhali üçün sosial infrastruktur” layihəsi çərçivəsində görüləcək. AİB bunun üçün Azərbaycana 19 mln. ABŞ dollar həcmində kredit verəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 6300 köçkün ailəsi orta məktəb binalarında məskunlaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR