Bank Of Baku

Yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və iaşə şəbəkəsi ilə əhaliyə satılan istehlak mallarının həcmi 13% artıb

Yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və iaşə şəbəkəsi ilə əhaliyə satılan istehlak mallarının həcmi 13% artıb
# 28 dekabr 2006 09:22 (UTC +04:00)
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və iaşə şəbəkəsinin inkişafını xarakterizə edən əsas göstəricilər xeyli yüksəlib və əhaliyə satılan istehlak mallarının həcmi 12,8% artaraq 5 121,5 mln. AZN təşkil edib. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ticarət və iaşə şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 619,1 AZN-lik və ya əvvəlki ilin eyni dövründəkindən 112,5 manatlıq çox müxtəlif istehlak malları alınıb. Ötən ilin 11 ayı ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi hüquqi şəxslərə nisbətən fiziki şəxslər üzrə daha çox artıb və onun artım sürəti yarmarkalarda 22,7%, kənd təsərrüfatı məhsulları bazarlarında 8,2%, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət şəbəkələrində 14,5% təşkil edib. İstehlak mallarının 17,5%-i hüquqi şəxslərin və 34,7%-i hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin ticarət şəbəkələrində, 36,6%-i ərzaq, əşya və qarışıq mallar yarmarkalarında, 11,2%-i isə kənd təsərrüfatı məhsulları bazarlarında satılıb.
Əmtəə dövriyyəsinin strukturunda ərzaq mallarının xüsusi çəkisinin getdikcə azalmasına baxmayaraq, o hələlik üstünlük təşkil edir. İlin əvvəlindən əhaliyə 3 326,5 mln. AZN-lik ərzaq, 1 795 mln. AZN-lik qeyri-ərzaq malları satılıb, onların real həcmi müvafiq olaraq 9,1% və 20,9% artıb.
Ölkə əhalisinə pərakəndə ticarət şəbəkəsindən (iaşə müəssisələri istisna olmaqla) 5 025,4 mln. AZN-lik, iaşə müəssisələrindən isə 66,1 mln. AZN-lik əmtəə satılıb. Pərakəndə ticarət şəbəkəsinin əmtəə dövriyyəsində (iaşə müəssisələri istisna olmaqla), qeyri-dövlət müəssisələrinin payı 99,2%, dövlət müəssisələri - 0,8% təşkil edib. Hesabat dövründə əhaliyə 96,1 mln. AZN-lik və ya əvvəlki ilin eyni dövründəkindən 29,1% çox iaşə xidmətləri göstərilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində iaşə müəssisələrinin payı 1,9% təşkil edib və dövriyyənin 6,8%-i dövlət, 93,2%-i qeyri-dövlət müəssisələrinin hesabına formalaşıb. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə qeyri-dövlət müəssisələri üzrə iaşə dövriyyəsinin real həcmi 31,9% artaraq 89,6 mln. AZN olub. Təhlil olunan dövr ərzində istehlakçılara (ixrac da daxil olmaqla) 6,4 mln. ton, yaxud ötən ilin müvafiq dövründəkindən 1% çox neft emalı məhsulları göndərilib. Bunun 41%-ni mazut, 30%-ni dizel yanacaqları, 15%-ni avtomobil benzini, 11%-ni aviasiya və sair üçün ağ neft, 3%-ni isə digər məhsullar təşkil edib. Bütün növ neft emalı məhsullarının 58%-i ölkə daxili bazarın tələbatının ödənilməsinə, 42%-i isə xarici dövlətlərə ixrac olunub. Ölkə istehlakçılarına 3,7 mln. ton əmtəəlik neft emalı məhsulları göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılara neft bitumu 49,1%, avtomobil benzini 17,6%, mühərrik yanacağı 8,6% çox, mazut yanacağı 26,7%, mühərrik yağları 16,7%, dizel yanacağı 14,7%, aviasiya və sair üçün ağ neft 11,3% az göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR