Bank Of Baku

Yanvar-noyabr aylarında Azərbaycan əhalisinin ümumi gəlirləri 22,5% artıb

Yanvar-noyabr aylarında Azərbaycan əhalisinin ümumi gəlirləri 22,5% artıb
# 28 dekabr 2006 09:38 (UTC +04:00)
Cari ilin yanvar-noyabr ayları ərzində ölkə əhalisinin müxtəlif mənbələrdən əldə etdiyi gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artaraq 9 223,2 mln. AZN təşkil edib. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, hesabat dövründə əhalisinin hər nəfərinə 1 103,2 AZN və ya ayda orta hesabla 100,3 AZN məbləğində gəlir düşüb. Bu, keçən ildəkindən 21,2% çoxdur.
Gəlirlərin 70,1%-i əhali tərəfindən son istehlaka, 11,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf olunub, 18,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Qeyd edək ki, vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8 164,8 mln. AZN vəsait qalıb və bu, əvvəlki ildəkindən 23,4% çoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR