Bank Of Baku

Bakıda nəzərdə tutulan bütün obyektlər istiliklə təmin olunub

Bakıda nəzərdə tutulan bütün obyektlər istiliklə təmin olunub
# 28 dekabr 2006 12:56 (UTC +04:00)
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) indiyədək Bakıda istiliklə təchiz edilməsi nəzərdə tutulan 1885 yaşayış binasından 1720-nə istilik verib. “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev APA-ya bildirib ki, qalan obyektlərin, yəni məktəb, səhiyyə müəssisələri və s. isə hamısı artıq istiliklə təchiz olunub. Bu qış mövsümündə “Azəristiliktəchizat” 135 məktəb binasını, 114 uşaq bağçasını, 40 səhiyyə müəssisəsinə istilik verib.
İ.Mirzəliyevin sözlərinə görə, sakinlər və Mənzil İstismar Sahələri binadaxili istilik borularını bərpa etsələr, “Azəristiliktəchizat” istilik verdiyi binaların və obyektlərin sayını xeyli artıra bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR