Bank Of Baku

Azərbaycanda 1 mln. 89 min 758 nəfərə sosial sığorta şəhadətnaməsi verilib

Azərbaycanda 1 mln. 89 min 758 nəfərə sosial sığorta şəhadətnaməsi verilib
# 28 dekabr 2006 13:16 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 26-dək fonda qeydiyyatda olan 1 mln. 220 min 320 nəfərdən 1 mln. 89 min 758 nəfərinə sosial sığorta şəhadətnaməsi verib. APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov məlumat verib.
Sosial sığorta şəhadətnaməsi alanlardan 2360 nəfəri Azərbaycanda çalışan xarici vətəndaşlar, 105 460 nəfəri isə torpaq-pay sahibləridir: “Torpaq sahiblərinin fərdi uçot sisteminə cəlb olunmasında problemlər mövcuddur. Sosial sığorta şəhadətnaməsi alan torpaq sahibləri bu kateqoriyadan olanların 70%-ni təşkil edir. Onları bu prosesə cəlb etmək üçün gərək qapı-qapı düşüb məlumatlandırasan”.
S.Müslümov həmçinin vurğulayıb ki, “Sosial sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, 6 ay DSMF-də qeydiyyata düşüb sığorta haqqı ödəməyənlərə sonradan müavinətlər ödənilməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR