Bank Of Baku

Gələn il Azərbaycan bir sıra postsovet dövlətilə pensiya təminatına dair ikitərəfli saziş imzalayacaq

Gələn il Azərbaycan bir sıra postsovet dövlətilə pensiya təminatına dair ikitərəfli saziş imzalayacaq
# 29 dekabr 2006 13:04 (UTC +04:00)
Gələn il Azərbaycan Rusiya, Litva və Ukrayna və bir neçə MDB ölkəsi ilə pensiya təminatına dair ikitərəfli sazişlər imzalayacaq. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları şöbəsinin müdiri Çingiz Əliyev məlumat verib.
Sazişdə bu ölkələrdə yaşayan və işləyən azərbaycanlıların gələcəkdə vətənə qayıdandan sonra pensiya ala bilmələri üçün müddəalar öz əksini tapacaq: “Bu gün Azərbaycanın Türkiyə istisna olunmaqla heç bir dövlətlə belə sazişi yoxdur. Rusiyada və digər ölkələrdə istər leqal, istərsə də qeyri-leqal işləyən azərbaycanlıların vətənə qayıdandan sonra onların pensiya təminatında müəyyən problemləri yaranır”.
Ç.Əliyevin sözlərinə görə, əmək miqrantlarının sosial təminatı ilə bağlı məsələ Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bakıda keçirilən toplantısında qəbul edilən Bakı deklarasiyasında da öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR