Bank Of Baku

Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi: “Azərbaycan vətəndaşları Qazaxıstandan çıxarılmır”

Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi: “Azərbaycan vətəndaşları Qazaxıstandan çıxarılmır”
# 11 yanvar 2007 09:51 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Rövşən Hüseynzadə deyib. Konsulun sözlərinə görə, Qazaxıstanda 250 min azərbaycanlı yaşayır ki, onların da 70 mini Azərbaycan vətəndaşıdır. “Azərbaycan vətəndaşları burada xırda ticarətlə məşğul olur, əsasən bazarlarda çalışırlar. Onların əksəriyyəti ölkənin iri şəhərləri olan Almatı, Astana və Aktauda yerləşib”, deyən diplomat, həmvətənlərimizin səfirliyə müraciətlərinin, əsəsən, milli pasportlarla bağlı olduğunu qeyd edib. R.Hüseynzadənin sözlərinə görə, milli pasportları olmayan Azərbaycan vətəndaşlarına səfirlik qayıdış şəhadətnamələri verir. Diplomat onu da bildirib ki, konsulluq haqqında bu yaxınlarda qəbul edilmiş yeni Əsasnaməyə əsasən, konsulluq şöbələrinə vətəndaşlarımıza milli pasportlar vermək hüququ veriləcək.
Qeyd edək ki, artıq Azərbaycanın Moskvadakı səfirliyinin konsulluq şöbəsinə və Sankt-Peterburqdakı baş konsulluğuna belə bir səlahiyyət verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR