Azərbaycanda 20 yanvar əlilləri və şəhid ailələrinin hər birinə 40 AZN məbləğində maddi yardım verilib
18 yanvar 2007 12:00 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 20 yanvar faciəsinin 17-ci il dönümü ilə əlaqədar 20 yanvar əlilləri və şəhid ailələrinin hər birinə 40 AZN məbləğində maddi yardımın verilməsi ilə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov gələcəkdə əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, müavinətlər və güzəştlərin artırılacağını bildirib. İdarə rəisinin sözlərinə görə, əlillərin mənzillə təmin olunması üçün artıq bir neçə rayonlarda yaşayış evlərinin inşasına başlanılıb.
20 yanvar Əlillər Cəmiyyətinin sədri Sultan Əzimzadə isə son iki il ərzində 20 yanvar əlillərindən 18 nəfərin “Oka” markalı avtomobillə, 26 nəfər 20 yanvar şəhid və əlil ailəsinin evlə təmin olunduğunu bildirib. Cəmiyyətin sədri qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilən evlər iki il müddətində 20 yanvar və Qarabağ müharibəsi şəhidlərinin ailələrinə veriləcək.
Qeyd edək ki, respublika üzrə 126 şəhid ailəsi və 328 nəfə 20 yanvar əlili var. /APA/

Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024