Bank Of Baku

Penitensiar Xidmətin əməkdaşları yeni geyim formalarına keçəcək

Penitensiar Xidmətin əməkdaşları yeni geyim formalarına keçəcək
# 26 yanvar 2007 13:54 (UTC +04:00)
Bu il Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları yeni geyim formalarına keçəcək. Bu barədə APA-ya Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, yeni geyim formalarının eskizləri hazırlanıb və yanvarın ilk günlərində təsdiq olunmaq üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Məlumata görə, hazırlanmış eskizlərə bir neçə dəfə dəyişiklik edilib. Geyim formalarının tünd göy rəngdə olması təklif edilib. Penitensiar Xidmətin əməkdaşları hərbi qulluqçu hesab edildiyindən, onların geyimləri də hərbi libaslar olacaq.
Xatırladaq ki, prezidentin sərəncamı ilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsinin adı dəyişdirilərək Penitensiar Xidmət adlandırılıb. Eyni zamanda bu sistemdə çalışan əməkdaşlara “Hərbi qulluqçuların statusu haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçu statusu verilib. Penitensiar sistemdə həyata keçirilən islahatlar Penitensiar Xidmətdə struktur və ştat dəyişikliklərinin aparılmasını zəruri edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR