Bank Of Baku

Azərbaycan enerji daşıyıcılarının son qiymət artımı suyun maya dəyərini 40% bahalaşdırıb

Azərbaycan enerji daşıyıcılarının son qiymət artımı suyun maya dəyərini 40% bahalaşdırıb
# 31 yanvar 2007 15:21 (UTC +04:00)
Azərbaycan enerji daşıyıcılarının son qiymət artımı suyun maya dəyərinin təxminən 40% bahalaşmasına səbəb olub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev bildirib.
N.Rzayevin sözlərinə görə, Tarif Şurasının son qərarı ilə Bakı əhalisi üçün suyun 1 kubmetrinin qiyməti 18 qəpik müəyyən edilib, adambaşına düşən norma isə 12 kubmetrdən 6 kubmetrə endirilib: “Əvvəllər hər bir nəfər adambaşına 1 manat 5 qəpik ödəyirdisə, bu rəqəm indi 1 manat 8 qəpik təşkil edir”.
N.Rzayev həmçinin bildirib ki, suyun qiymətinin bundan sonra, yaxın bir ildə artırılması nəzərdə tutulmur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR