Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunda yeni departament yaradılıb

Dövlət Sosial Müdafiə Fondunda yeni departament yaradılıb
# 01 fevral 2007 13:19 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Aparatında Hərbi qulluqçular və rütbəli şəxslərlə iş üzrə Departament yaradılıb. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qurum hərbi qulluqçular və rütbəli şəxslərə pensiyaların təyin olunması, hesablanması, onların fərdi uçotunun həyata keçirilməsini öz üzərinə götürəcək. Departament bu ilin yanvarın 1-dən qüvvəyə minən “Əmək pensiyası haqqında” qanuna müvafiq olaraq, yaradılıb.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən hərbi qulluqçulara və rütbəli şəxslərə pensiyalarının verilməsi DSMF-yə həvalə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR