Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov: “Azərbaycanda inflyasiya gözləntisi hələ çox böyükdür”

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov: “Azərbaycanda inflyasiya gözləntisi hələ çox böyükdür”
# 02 fevral 2007 09:43 (UTC +04:00)
“Təəssüflər olsun ki, keçid dövrünü yaşamış digər ölkələrdə olduğu kimi, Azərbaycanda da inflyasiya gözləntisi hələ çox böyükdür. İnflyasiya gözləntisinin bundan sonra şok terapiyası yaradacağını isə düşünmək yanlışdır. Çünki Azərbaycanda metropoliten sahəsi istisna olmaqla, əksər xidmət növlərində maya dəyərinin qiyməti açıqlanıb”. APA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. S.Müslümov bildirib ki, Azərbaycan hökuməti inflyasiyanın qarşısını almaq üçün iqtisadi rəqabətin artırılması siyasətini uğurla həyata keçirir: “Milli Bank tərəfindən görülən tədbirlər nəticəsində isə neftin ixracı hesabına ölkəyə daxil olan böyük məbləğdə valyutalar vaxtında dövriyyədən götürülür və dövriyyədə pul kütləsi ehtiyatla artırılır. Ona görə də Azərbaycanda “Holland sindromu”nun yaşanması barədə səslənən fikirlər əsassızdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR