Bank Of Baku

Azərbaycanda 1 milyon 800 minə yaxın ailə var

Azərbaycanda 1 milyon 800 minə yaxın ailə var
# 06 fevral 2007 13:28 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyətinin nəticələrinə həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, H. Hüseynova deyib ki, ötən il fevralın 6-da yaradılan komitə bu müddətdə təşkilati işlər, ailə və qadın sahəsində vəziyyətin öyrənilməsi, dövlət və inkişaf proqramlarının həyata keçirilməsi, beynəlxalq əlaqələrin qurulması və s. istiqamətlər üzrə fəaliyyət göstərib. 1 il ərzində komitəyə 1000-dən çox müraciət daxil olub ki, onların da hamısı nəzarətə götürülüb. Komitə respublikadakı ailələrlə bağlı statistik bazanın yaradılmasına da başlayıb. Bu baza haqqında məlumatlar qısa müddətdə açıqlanacaq. Hazırda isə Azərbaycanda 1 milyon 800 minə yaxın ailə var.
H. Hüseynova deyib ki, internat və uşaq evlərindən uşaqların ailələrə qaytarılması istiqamətində də xeyli iş görüblər. Bu il ərzində 5 uşaq öz bioloji ailəsinə qaytarılıb. Komitə sədrinin sözlərinə görə, bu müəssisələrdə olan vəziyyəti öyrənmək üçün onlarla yanaşı, Təhsil, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələrinin birgə iştirakı ilə monitorinq keçiriblər: “Məlum olub ki, uşaqların diaqnozu düzgün qoyulmur, onlar təyinatı üzrə qruplarda yerləşdirilmirlər. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etdik, problem müsbət həll olundu. Bundan əlavə, bu səbəblərə görə 1 uşaq evinin direktoru işdən çıxarılıb. Məndə olan məlumata görə, onun barəsində cinayət işi də qaldırıblar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR