Bank Of Baku

Bu il Azərbaycanda 14 269 ailəyə ünvanlı sosial yardım təyin edilib

Bu il Azərbaycanda 14 269 ailəyə ünvanlı sosial yardım təyin edilib
# 06 fevral 2007 15:54 (UTC +04:00)
Azərbaycanda indiyədək ünvanlı dövlət sosial yardımı (ÜSY) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3 5591 ailə müraciət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, ÜSY-nin təyin olunması üçün 25 668 (müraciət edənlərin 72,12%-i) ailə qeydiyyata alınıb. Onlardan 9 376 (36,53%) ailə ilk dəfə qeydiyyata alınıb, 16 292 (63,48%) ailə isə təkrar müraciət edib.
ÜSY-nin təyin olunması üçün komissiya 15 572 (60,7%) ailənin sənədini müzakirə edib və bundan 14 269 (91,64%) ailəyə ÜSY təyin olunub. Qeyd edək ki, 5 042 (35,3%) ailəyə yardımlar ilk dəfə, 9 227 (64,67%) ailəyə isə təkrar təyin olunub. Ailə üzvünə düşən orta aylıq ÜSY məbləği 11,4 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği 52,34 manat təşkil edib.
Hazırda respublika üzrə ümumilikdə 31 658 ailə yardım alır. Onların 17 389-a (54,42%) yardım ötən il, 14 269-a (45,08%) isə bu il təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR