Bank Of Baku

Ötən il ARDNŞ-ə işlə təmin olunmaq üçün daha çox müraciət daxil olub

Ötən il ARDNŞ-ə işlə təmin olunmaq üçün daha çox müraciət daxil olub
# 07 fevral 2007 13:56 (UTC +04:00)
Ötən il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən vətəndaşların 4062 müraciətinə baxılıb. Bundan bir il öncə isə 1694 təklif, ərizə və şikayətə baxılıb.
ARDNŞ-dan APA-ya verilən məlumata görə, təhlillər göstərir ki, ötən il ARDNŞ-ə işlə təmin olunma xahişi ilə daha çox müraciət (1766 ədəd) daxil olub. Həmin müraciətlərin hamısına müsbət cavab vermək mümkün olmasa da, müraciətlər araşdırılıb və sistemləşdirilib. Ərizə və şikayətlərin qalan hissəsi isə demək olar ki, mənzil-məişət problemləri, maddi yardım göstərilməsi və digər sosial məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi vəzifəli şəxslərin öz vəzifələrindən sui-istifadə etmələri, qeyri-qanuni işdən azad etmə halları ilə bağlı olub. Belə müraciətlər ARDNŞ rəhbərliyi tərəfindən araşdırılıb, müvafiq tədbirlər görülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR