Bank Of Baku

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 564,9 mln. manat təşkil edib

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 564,9 mln. manat təşkil edib
# 10 fevral 2007 08:45 (UTC +04:00)
Cari ilin yanvar ayında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2006-cı ilin eyni dövrünün göstəricisini 14,1% üstələyərək 564,9 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, dövriyyənin 16,3%-i hüquqi şəxslərin, 47,4%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fərdi sahibkarların, 36,3%-i isə digər yerlərdə istehlak mallarının satışı ilə məşğul olan fiziki şəxslərin hesabına formalaşıb. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 370 mln. manatlıq ərzaq, 194,9 mln. manatlıq qeyri-ərzaq malları satılıb və 2006-cı ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 11,4% və 20,4% artım olub. Ay ərzində əhaliyə 167,6 mln. manatlıq və ya 41,9% çox pullu xidmət göstərilib. Xidmətin 74,8%-i hüquqi, 25,2%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 42,1% və 41,3% çox xidmət göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR