Bank Of Baku

Moldovanın baş naziri Bakıda Xəzər İnteqrasiya Klubunun üzvləri ilə görüşəcək

Moldovanın baş naziri Bakıda Xəzər İnteqrasiya Klubunun üzvləri ilə görüşəcək
# 16 fevral 2007 10:31 (UTC +04:00)
Moldovanın baş naziri Vasile Tarlev Azərbaycana səfəri zamanı Xəzər İnteqrasiya Klubunun üzvləri ilə görüşəcək. Bu barədə APA-ya Xəzər İnteqrasiya Klubundan məlumat verilib. Görüş zamanı kluba daxil olan müxtəlif şirkətlərin və dövlət strukturları nümayəndələrinin V. Tarlevlə dialoqu olacaq və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, V. Tarlev fevralın 22-də Azərbaycana rəsmi səfərə gələcək. O, prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR