Bank Of Baku

Zaqatala şəhərinin içməli su xətti yenidən çəkiləcək

Zaqatala şəhərinin içməli su xətti yenidən çəkiləcək
# 16 fevral 2007 12:57 (UTC +04:00)
Bu gün Zaqatala rayonunda 2006-cı ilin yekunlarına dair hesabat tədbiri keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) aparatından verilən məlumata görə, 2006-cı ilin yekunlarına dair keçirilən tədbir rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan Heydər Əliyevin abidəsini yad etməklə başlayıb. Daha sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye, kənd təsərrüfatı və xalq yaradıcılığından bəhs edən sərgiyə baxış keçiriblər. Hesabat tədbirində RİH aparatının, müvafiq idarə və təşkilatların nümayəndələri, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Milli Məclisin deputatı Hikmət Atayev iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən rayon ərazisində ayrı-ayrı sahələrdə görülən işlər və 2007-ci ildə görüləcək işlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat veriblər. 2006-cı ildə rayonda gedən tikinti işlərini yüksək qiymətləndirən R. Abdullayev ARDNŞ-nin fondu hesabına Zaqatala şəhərinin içməli su xəttinin yenidən çəkiləcəyini bildirib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR