Bank Of Baku

Ağcabədidə 2006-cı ilin yekunlarına dair müşavirə keçirilib

Ağcabədidə 2006-cı ilin yekunlarına dair müşavirə keçirilib
# 16 fevral 2007 15:23 (UTC +04:00)
Ağcabədi rayonunda 2006-cı ilin yekunlarına dair və 2007-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, ötən il ərzində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bir neçə iri layihə həyata keçirilib. Rayon ərazisində bir neçə yeni istehsal müəssisəsi yaradılıb, 50-yə yaxın artezian quyusu qazılıb, suvarma sistemi yeniləşdirilib.
Milli Məclisə Ağcabədidən deputat seçilmiş Aqil Abbas qeyd edib ki, bu il rayona mavi yanacağın verilməsi nəzərdə tutulub ki, bu da Ağcabədidə yeni iri istehsal sahələrinin inkişafına səbəb olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR