Bank Of Baku

Azərbaycanda əlil pensiyaçıların sayı 9037 nəfər artıb

Azərbaycanda əlil pensiyaçıların sayı 9037 nəfər artıb
# 19 fevral 2007 14:22 (UTC +04:00)
Ötən illə müqayisədə bu il Azərbaycandakı pensiyaçıların sayı 6351 nəfər artıb. Belə ki, ötən il ölkədə 1 mln. 181 min 675 nəfər pensiyaçı olduğu halda, bu il onların sayı 1 mln. 188 min 26 nəfər olub. Pensiyaçıların 783 min 371-i əmək pensiyaçısıdır. Ötən illə müqayisədə bu il əmək pensiyaçılarının sayı 3899 nəfər artıb.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən məlumata görə, ailə başçısını itirdiyinə görə pensiya alanların sayı 6885 nəfər azalıb. Ötən il 135 min 315 nəfər ailə başçısını itirdiyinə görə pensiya alırdısa, bu il onların sayı 128 min 730 nəfər olub. Əlil pensiyaçıların sayı isə artıb. Ancaq bu ilki artım ötən illərdə müşahidə edilən artımla müqayisədə azdır. Ötən il 266 min 888 nəfər əlil pensiyaçı olduğu halda, bu il onların sayı 275 min 925 nəfər olub. Hazırda əlil pensiyaçıların 21 min 227 nəfəri I, 230 min 753 nəfəri II, 23 min 945 nəfəri III qrup üzrə pensiya alır.
Qeyd edək ki, I qrup əlil pensiyaçıların bir nəfərinə düşən orta aylıq pensiyanın məbləği 65 manat, II qrup pensiyaçılar üçün 45 manat 76 qəpik, III qrup pensiyaçılar üçün 24 manat 7 qəpikdir. Ümumilikdə isə ötən il 1 pensiyaçıya düşən aylıq məbləğ 29 manat 78 qəpik olduğu halda, bu ilin yanvarında həmin məbləğ 41 manat 9 qəpik olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR