Bank Of Baku

Azərbaycan Uşaq Təşkilatı Xocalı faciəsinin 15 illiyinə həsr olunan rəsm sərgisi keçirib

Azərbaycan Uşaq Təşkilatı Xocalı faciəsinin 15 illiyinə həsr olunan rəsm sərgisi keçirib
# 24 fevral 2007 10:55 (UTC +04:00)
Azərbaycan Uşaq Təşkilatının (AUT) dəstəyi ilə Xocalı faciəsinin 15 illiyinə həsr olunan rəsm sərgisi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın sədri, millət vəkili Gülər Əhmədova təşkilatının Xocalı faciəsinin dünyada tanınması üçün yeni kampaniyaya başladığını və artıq bununla əlaqədar qərargah yaradıldığını bildirib. Onun sözlərinə görə, qərargahın məqsədi Xocalı sakinlərinin məktublarını, faciəni əks etdirən video və foto materialları bir neçə dilə tərcümə edərək beynəlxalq təşkilatların konkret subyektlərinə yetişdirməkdir. G. Əhmədova kampaniyanın bir il müddətində həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Sərgi haqqında məlumat verən AUT-nın sədr müavini Rüxsarə Axundova bildirib ki, sərgidə nümayiş olunan şəkillilər Pirşağı qəsəbəsində yerləşən Xocalı məktəbinin şagirdlərinin əl işləridir. Şəkil müəlliflərinin Xocalı hadisəsi zamanı körpə olduğunu deyən R. Axundovanın sözlərinə görə, uşaqların əsərlərində ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər öz əksini tapıb. Tədbirdə iştirak edən Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Yerjan Mukaş Azərbaycan xalqının dərdinə şərik çıxdığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR