Bank Of Baku

Azərbaycan aztəminatlı ailələrin sosial reablitasiyası proqramı hazırlanır

Azərbaycan aztəminatlı ailələrin sosial reablitasiyası proqramı hazırlanır
# 26 fevral 2007 11:35 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyinin mütəxəssisləri tərəfindən aztəminatlı ailələrin sosial reablitasiyası proqramının layihəsi hazırlanır. APA-Economics-in bildirdiyinə görə, bu barədə jurnalistlərə əmək və əhalinin soial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
Proqramda aztəminatlı ailələrə işsizlik probleminin aradan qaldırılması, kənd yerlərində həyətyanı sahələrin əkilib-becərilməsinə köməklik, peşə ixtisasının artırılması, səhiyyə yardımları və s. göstərilməsi nəzərdə tutulur: “Proqram hər bir ailəni ayrılıqda əhatə edəcək. Çalışacağıq ki, proqram çərçivəsində bütün aztəminatlı ailələrə köməklik göstərək”. F.Ələkbərovun sözlərinə görə, proqramın hazırlanmasında hökumət Hollandiya təcrübəsindən istifadə edir.
F.Ələkbərov ünvanlı sosial yardımların verilməsi prosesinin yaxın vaxtlarda liberallaşacağını da vurğulayıb: “Bununla bağlı dəyişikliklər hazırlanıb və yaxın 10 günə təsdiqlənəcək. Hesab edirik ki, yardım mexanizmi həqiqətən ehtiyacı olan ailələrə tətbiq edilməlidir”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR