Bank Of Baku

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından keçən 3 il ərzində 550 mindən artıq yeni iş yeri açılıb

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından keçən 3 il ərzində 550 mindən artıq yeni iş yeri açılıb
# 28 fevral 2007 10:43 (UTC +04:00)
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrasından keçən 3 il ərzində ölkədə 550 mindən artıq yeni iş yeri açılıb. Bunun 360 mindən çoxu daimi iş yerləridir. APA-Economics-in bildirdiyinə görə, bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Proqram çərçivəsində 2006-cı ildə 174 minə yaxın yeni iş yeri yaradılıb və bunun 80%-dən çoxu Azərbaycanın regionlarının payına düşür.
Nazirlikdən həmçinin bildirilib ki, ötən il Azərbaycanda yoxsulluğun səviyyəsi 20% təşkil edib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR