Bank Of Baku

Yaxın günlərdə Səadət Sarayının binasında yerləşən təşkilatlar oradan köçürüləcək

Yaxın günlərdə Səadət Sarayının binasında yerləşən təşkilatlar oradan köçürüləcək
# 01 mart 2007 16:14 (UTC +04:00)
Yaxın günlərdə Səadət Sarayının binasında yerləşən təşkilatların oradan köçürülməsinə başlanacaq. Artıq bununla bağlı orada yerləşən təşkilatlara xəbərdarlıq edilib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) APA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar Səadət Sarayında yerləşən Azərbaycan Aşıqlar Birliyi, Bəstəkarlar İttifaqı və Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsi binadan çıxarılacaq. Komitədən bildirilib ki, hər üç təşkilat şəhərin münasib yerlərində normal yerlə təmin edilib. Təmir işləri başa çatandan sonra onların yenidən əvvəlki yerlərinə qaytarılması planlaşdırılır. Qeyd edək ki, Səadət Sarayı Bakının tarixi binaları siyahısındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR