Bank Of Baku

“Şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranının ləğv edilmiş güzəşt və imtiyazları bərpa olunmalıdır” mövzusunda müzakirə keçirilib

“Şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranının ləğv edilmiş güzəşt və imtiyazları bərpa olunmalıdır” mövzusunda müzakirə keçirilib
# 02 mart 2007 12:18 (UTC +04:00)
Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi “Şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranının ləğv edilmiş güzəşt və imtiyazları bərpa olunmalıdır” mövzusunda debat keçirib. APA-nın məlumatına görə, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hərbçilərə şamil olunan imtiyazların ləğvinin səhv addım olduğunu bildirib: “Hökumətin bununla bağlı bir neçə il öncə verdiyi qərar şəhid ailələrinin, müharibə və Silahlı Qüvvələrin veteranlarının sosial problemlərini artırıb”. Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli isə imtiyazların ləğvini düzgün addım hesab etdiyini deyib: “Müharibə bitməmiş iştirakçılara veteran adının verilməsini düzgün qərar deyildi. Çünki bu müddət ərzində bir qrup adamlar veteran adından sui-istifadə ediblər. Hesab edirəm ki, müharibə tam bitdikdən sonra aydınlaşma aparılmalı, kateqoriyalar müəyyənləşməlidir. Dövlətin pulu havaya sovrulmamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR