Bank Of Baku

“Kor və zəif görən insanlar niyə görə inkişaf proseslərindən geri qalır?” mövzusunda dəyirmi masa keçirilib

“Kor və zəif görən insanlar niyə görə inkişaf proseslərindən geri qalır?” mövzusunda dəyirmi masa keçirilib
# 02 mart 2007 12:24 (UTC +04:00)
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti “Kor və zəif görən insanlar niyə görə inkişaf proseslərindən geri qalır?” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, cəmiyyətin sədr müavini Bəybala İbadullayev bildirib ki, gözdən əlil insanlar ölkədə aparılan islahatlardan kənarda qalır və nəticədə gələcəkdə bu cür adamların sosial vəziyyəti qeyri-qənaətbəxş olur. O, gözdən əlillərin vəziyyətinin yaxşılaşdırılması üçün dövlət proqramının olmamasından gileylənib: “Gözdən əlillər ali təhsil almaq üçün çətinliklərlə qarşılaşırlar. Onlara lazım olan dərs vəsaitlərinin nəşr olunması üçün Azərbaycanda avadanlıqlar yoxdur. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həll olunmayıb”. B. İbadullayev gözdən əllilərin işlə təminatında da problemin olduğunu deyib: “Əmək fəaliyyəti ilə məşğul olmayan əlillər pensiya yaşına çatdıqdan sonra çox az müavinət alırlar”. Təhsil Nazirliyinin əməkdaşı Sevil Məmmədova isə korlar üçün tədris avadanlıqlarının alınmasında heç bir problem olmadığını söyləyib: “Orta təhsil üçün dərs vəsaitlərini hazırlayan avadanlıqlar bir neçə il öncə Azərbaycana gətirilib. Artıq lazım olan sayda kitablar nəşr edilib”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin əməkdaşı Nizami Məmmədov gözdən əlillərin ölkənin məşğulluq strukturları vasitəsilə peşə təlimlərinə cəlb edilməsində süni maneələrin olduğunu bildirib: “Təhsil Nazirliyi bununla bağlı bizə kömək etməlidir. Çünki peşə təlimlərini tədris edən müəllimlər bu qurum tərəfindən lisenziya ilə təmin olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR