Bank Of Baku

8 mart münasibətilə Filarmoniyada və cəzaçəkmə müəssisəsində bayram tədbirləri keçiriləcək

8 mart münasibətilə Filarmoniyada və cəzaçəkmə müəssisəsində bayram tədbirləri keçiriləcək
# 02 mart 2007 14:59 (UTC +04:00)
Martın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçiriləcək. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəsmi hissə ilə başlayacaq tədbir bədii proqramla davam etdiriləcək. Tədbir zamanı əlil qadınların yaradıcı sərgisi də təşkil olunacaq.
Martın 5-də isə qadınlar üçün olan 4 saylı Cəzaçəkmə Müəssisəsində bayram tədbiri keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR