Bank Of Baku

Ötən ay Gəncədə su sərfiyyatına görə ödəmə səviyyəsi 21 faiz təşkil edib

Ötən ay Gəncədə su sərfiyyatına görə ödəmə səviyyəsi 21 faiz təşkil edib
# 05 mart 2007 11:23 (UTC +04:00)
Ötən ay Gəncədə su sərfiyyatına görə abonentlərdən toplanan ödəmə haqqı 64.766 manat təşkil edib. Bu sərf olunan suyun dəyərinin 21 faizini təşkil edib. Gəncə şəhər “Su-Kanal” Törəmə Açıq Tipli Səhmdar Cəmiyyətinin abonent şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, fevralda toplanan 64.766 manatın 52.000 manatı əhali qrupu abonentlərin payına düşür. Yanvarda su sərfiyyatına görə yığım sərf olunan suyun dəyərinin 18,7 faizini təşkil edib. İlin ilk ayında Gəncə şəhəri üzrə su sərfiyyatına görə cəmi 46,177 manat pul yığılıb. Şöbədən bildiriblər ki, yığım faizinin aşağı olmasının əsas səbəbi büdcədən maliyyələşən təşkilatların bir qayda olaraq ilin ikinci rübündən sonra ödəmələr aparmasıdır. Qeyd edək ki, 2006-cı ildə su sərfiyyatına görə ümumi yığım 720.500 manat (6,70 faiz), əhalidən yığılan məbləğ isə 390.000 manat (46,4 faiz) olub. 2007-ci ilin sonlarınadək Gəncə şəhərində mənzillərin hamısının su sayğacları ilə təmin olunmasının nəzərdə tutulub. Bu, Almaniya və İsveçrə hökumətlərinin Azərbaycanla birgə həyata keçirəcəyi layihəyə əsasən reallaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR