Bank Of Baku

Milli Arxiv İdarəsi yeni binaya köçürüləcək

Milli Arxiv İdarəsi yeni binaya köçürüləcək
# 06 mart 2007 14:46 (UTC +04:00)
Milli Arxiv İdarəsi yeni binaya köçürüləcək. Bu bina “Qələbə” meydanı yaxınlığındadır. Hazırda binada təmir-tikinti işləri davam etdirilir. Arxivlərin yeni binaya daşınması təxminən bir ilə nəzərdə tutulub”. Bu barədə APA-ya Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Məmmədov məlumat verib. Y. Məmmədovun sözlərinə görə, idarə hazırda səs yazılarının yenilənməsi, müasir texniki vasitələrə köçürülməsi prosesi ilə məşğuldur. Görkəmli xanəndələr,Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi Məhəmməd və başqalarının səsləri qorunan qrammofon valları xüsusi kompüter disklərinə köçürülüb: “Amma bu diskləri də yüksək keyfiyyətli hesab etmək olmaz. Bu gün dünya miqyasında nadir səsləri qorumaq üçün rəqəmli yazılardan istifadə edilir”. Yaqub Mədətovun bildirdiyinə görə, bu yeni avadanlıq da Azərbaycana gətirilib və hazırda quraşdırılma prosesi gedir. Yeni avadanlığın köməyi ilə 50 minə yaxın səs yazısını və təxminən 700 videosüjeti daha sivil üsulla qorumaq mümkün olacaq: “Bu DVD-lərdə siyasi xadimlərin, incəsənət ustalarının ötən yüz ilin ortalarındakı nadir görüntüləri var. Musiqi tariximizdə yer alan xanəndələrin ötən əsrin əvvəllərində səsləri yazılmış 100-dən artıq qrammofon valı bərpa edilərək köçürülüb. Səs yazılarının xüsusi qayğı ilə qorunmasının bir şərti də onların saxlanma qaydasıdır”.
Qeyd edək ki, Milli Arxiv İdarəsi 86 ildir ki, fəaliyyət göstərir, 7 mərkəzi arxivi var. Bu arxivlərdən biri olan Dövlət Səs Yazıları Arxivi keçmiş SSRİ-də ilk dəfə Azərbaycanda yaradılıb. Arxivdə siyasi xadimlərin, görkəmli qonaqların, musiqi xadimlərinin çıxışları, eyni zamanda müxtəlif qurultayların, yığıncaqların, mitinqlərin səs yazıları saxlanılır. Ümumilikdə, bu gün arxivdə 50 minə yaxın səs yazısı qorunur. Bu səs yazılarının əksəriyyəti qrammofon və maqnitofon kasetlərindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR