Bank Of Baku

Bərdədə rayon baytarlıq idarələrinin zona müşavirəsi keçirilib

Bərdədə rayon baytarlıq idarələrinin zona müşavirəsi keçirilib
# 06 mart 2007 15:37 (UTC +04:00)
Respublika Baytarlıq İdarəsi Bərdədə zona müşavirəsi keçirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, müşavirədə 20-yə yaxın rayonun baytarlıq idarələrinin əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən Respublika Baytarlıq İdarəsinin rəhbəri İsmayıl Həsənov bildirib ki, yerlərdə baytarlıq xidmətini yaxşılaşdırmaq üçün kəndlərdə sahə baytarlıq məntəqələri yaradılacaq. O, xaricdə təhsil almış kadrlara ciddi ehtiyac duyulduğunu və bu istiqamətdə işə başlandığını deyib. İ. Həsənov rayon baytarlıq idarələrinin rəhbərlərinə ingilis dilini öyrənməyi tövsiyə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR