Bank Of Baku

Gəncədə elektrik enerjisi oğurluğunun qarşısını almaq üçün mütəmadi reydlər təşkil olunur

Gəncədə elektrik enerjisi oğurluğunun qarşısını almaq üçün mütəmadi reydlər təşkil olunur
# 07 mart 2007 08:21 (UTC +04:00)
Gəncənin bəzi yaşayış massivlərində gecə saatlarında elektrik enerjisinin dayandırılmasının səbəbi həmin ərazilərdə yaşayan sakinlərin gecə saatlarında elektrik sayğaclarına müdaxilə etməsidir. Bu barədə APA-nın qərb bürosuna Gəncə Regional Enerji Təchizat MMC-nin direktoru Əhməd Musayev məlumat verib. Onun sözlərinə görə, yoxlamalar adətən iş saatlarında aparılır: “Elektrik enerjisi oğurluğu isə əsasən axşam saatlarında edilir. Odur ki, məcburən həmin saatlarda elektrik enerjisinin verilməsini dayandırmalı oluruq”. Qeyd edək ki, sayğaclara müdaxilə halları əsasən Mahrasa bağı, Qırmızı Kənd, Dəmiryol vağzalı və Bağman qəsəbəsi ətrafında olan həyət evlərində qeydə alınıb. Bu səbəbdən hazırda həmin ərazilərdə mütəmadi reydlər təşkil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR