Yasamal rayonu Akim Abbasov küçəsi 4, ünvanındakı qəza vəziyyətində olan binanın sakinləri evlə təmin olunacaqlar
07 mart 2007 11:12 (UTC +04:00)
“Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən və qəza vəziyyətində olan yaşayış binasının sakinləri mütləq evlə təmin olunacaqlar”. APA-nın məlumatına görə, bu sözləri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib. Nazir müavini bildirib ki, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və dünən bununla bağlı nazirliyin hazırladığı ekspertiza rəyi baş nazirə təqdim edilib. O. Hacıyev bu gün bununla bağlı Nazirlər Kabinetinin, Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə müşavirə keçiriləcəyini də qeyd edib: “Bu məsələ baş nazir səviyyəsində həll ediləcək. İndiki mərhələdə isə əsas məqsəd sakinlərin müvəqqəti yaşayış evləri ilə təmin edilməsidir. Hələlik sakinlərin bəziləri qohumların evlərində və bağçalarda yerləşdirilib. Bu cür binaların bərpası isə mümkün deyil. 60-cı illərdə tikilən bu binaların istismar müddəti artıq bitib”.
Qeyd edək ki, bir həftə öncə Yasamal rayonu, Akim Abbasov küçəsi, 4 ünvanda yerləşən yaşayış binasının qəza vəziyyətində olduğu müəyyənləşdirilib. Bundan sonra binaya texniki baxış keçirən FHN-in mütəxəssisləri sakinlərin burada yaşamasının təhlükəli olması qənaətinə gəliblər. Artıq sakinlərin binadan köçürülməsinə başlanılıb. /APA/

Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024