Bank Of Baku

Yeni Yasamal yaşayış massivində sökülmüş ət bazarının yerində yeni bazar tikilməyəcək

Yeni Yasamal yaşayış massivində sökülmüş ət bazarının yerində yeni bazar tikilməyəcək
# 13 mart 2007 12:40 (UTC +04:00)
Yeni Yasamal yaşayış massivində sökülmüş ət bazarının yerində yeni bazar tikilməyəcək. Bu barədə APA-ya Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Vaqif Məmmədov məlumat verib. Ərazidə yeni bazarın salınması ilə bağlı İcra Hakimiyyətinin hər hansı planının olmadığını bildirən V. Məmmədov bu məsələnin həllinin Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində olduğunu qeyd edib: “Bizim planımızda yalnız oradakı qeyri-qanuni köşklərin sökülməsi və ərazidə abadlıq işlərinin aparılması var. Bu işi də havaların istiləşməsinə kimi başa çatdırmağı nəzərdə tutmuşuq. Çünki həmin ərazi çox çirkli, antisanitariya vəziyyətindədir. Köşklərə yaxın mənzilləri, binaları üfunət vurur. Ona görə də yaya kimi abadlıq işləri aparacağıq”. V. Məmmədov bildirib ki, köşklərin sökülməsi və qalıqlarının ərazidən kənara daşınması prosesi başa çatıb. Hazırda köşklərin yeri asfaltlanır. Yol kənarında ağacların əkiləcəyini qeyd edən V. Məmmədov həmin ərazidəki evlərin sökülməsi ilə bağlı məlumatları təkzib edib. Şöbə müdiri yalnız köşklərin söküldüyünü vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR