Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri BMT-nin Uşaq Fondunun regional direktorunu qəbul edib

Azərbaycanın gənclər və idman naziri BMT-nin Uşaq Fondunun regional direktorunu qəbul edib
# 13 mart 2007 13:04 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün BMT-nin Uşaq Fondunun Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru, xanım Mariya Kalivisi qəbul edib. Bu barədə “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Raqif Abbasov məlumat verib. Görüşdə GİN-in YUNİSEF-lə qarşılıqlı əməkdaşlığından danışan A. Rəhimov narkomaniya, uşaq cinayətkarlığı və QİÇS-ə qarşı mübarizə sahəsində birgə tədbirlərin görüldüyünü qeyd edib. Nazir Azərbaycanda “Gənclər İli”nin elan olunduğu 2007-ci ildə bu istiqamətlərdə birgə tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Bir neçə gündür ki, Bakıda səfərdə olduğunu deyən xanım M. Kalivis isə təmsil olunduğu sahədə ölkəmizdə görülən tədbirlərdən razılıq ifadə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR