Bank Of Baku

UNİCEF-in regional direktoru Dərnəgül qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb

UNİCEF-in regional direktoru Dərnəgül qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb
# 14 mart 2007 08:06 (UTC +04:00)
Bu gün UNİCEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Maria Kalivisin Bakının Dərnəgül qəsəbəsində məskunlaşan məcburi köçkünlərə baş çəkərək, orada yaşayan uşaqların vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, M. Kalivisin burada Ermənistanın işğalı nəticəsində ata-baba yurdlarından məcburi köçkün düşən insanların yaşayış şəraiti ilə tanış olub, uşaqların sağlamlığı, təhsili və ümumi vəziyyəti ilə maraqlanıb. M. Kalivisin jurnalistlərə verdiyi açıqlamada isə bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qaçqınların bu şəraitdə yaşaması acınacaqlıdır. O, uşaqların da bu problem nəticəsində əziyyət çəkməsindən narahat olduğunu deyib: “UNİCEF olaraq biz hər zaman sülhün tərəfdarıyıq və münaqişələrdə uşaqların əziyyət çəkməsini pisləyirik. Uşaqların qarşılaşdığı problemlərin aradan qaldırılması üçün yardımlarımızı davam etdirməyə çalışacağıq”. “Uşaqların bu vəziyyətdə əziyyət çəkməsinin səbəbkarları cəzalandırılmalıdırmı?” sualını cavablandırmaqdan yayınan M. Kalivisin ümumilikdə uşaqlara qarşı zorakılıq hallarını pislədiyini söyləyib: “Mən artıq qeyd etdim ki, uşaqlara qarşı zorakılığı istənilən halda pisləyirəm. UNİCEF-in məqsədi isə bu vəziyyətə düşən uşaqların qorunmasını təmin etməkdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR