Bank Of Baku

Dövlət Neft Şirkəti Novruz bayramı münasibətilə Ağdamda məskunlaşan məcburi köçkünlərə bayram sovqatı göndərib

Dövlət Neft Şirkəti Novruz bayramı münasibətilə Ağdamda məskunlaşan məcburi köçkünlərə bayram sovqatı göndərib
# 14 mart 2007 08:36 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Novruz bayramı münasibətilə Ağdamda məskunlaşan məcburi köçkünlərə bayram sovqatı göndərib. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu yardım Dördyol-1 və Dördyol-2 qəsəbələrində məskunlaşmış 7500 nəfərə paylanacaq. Bayram sovqatı adambaşına 10 kq un, 1 kq şəkər, 1 kq düyü, 250 qr çay və 250 qr kərə yağı qutularından ibarətdir. Bundan başqa, məcburi köçkünlərə ailə üzvlərinin sayından asılı olaraq toyuq və xurma da veriləcək. ARDNŞ-nin sosial inkişaf şöbəsinin müdiri Sərdar Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, 2000 uşağa və uşaq bağçalarına hədiyyə və şirniyyat da gətiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR