Bank Of Baku

Novruz bayramı günlərində Bakı Metrosunda qatarların sayı azaldılacaq

Novruz bayramı günlərində Bakı Metrosunda qatarların sayı azaldılacaq
# 14 mart 2007 09:17 (UTC +04:00)
Novruz bayramı günlərində Bakı Metropoliteni xüsusi qrafiklə işləyəcək. Metropolitendən APA-ya verilən məlumata görə, adi günlərdə metroda saatda 24 qatar xəttə buraxılırdısa, bayram günlərində qatarların sayı 20-yə endiriləcək. Qatarlar arasında interval isə uzadılacaq. Hazırda maksimum 5 dəqiqə intervalla xəttə buraxılan “Bakı Soveti”-“Sahil”, “Memar Əcəmi”-“Nizami” stansiyaları arasında interval 6, 2,5 dəqiqə intervalı olan “28 May”-“Həzi Aslanov” stansiyaları arasında interval isə 3 dəqiqə olacaq. Qatarların sayının və intervalın azaldılmasının səbəbi iş günləri ilə müqayisədə, bayram günlərində metrodan istifadə edən sərnişinlərin sayının azalmasıdır. Hazırda gün ərzində metropolitenin xidmətindən 500 min sərnişin istifadə edir. Şənbə günlərində sərnişinlərin sayı 400, bazar və bayram günlərində isə 350 minədək azalır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR