Bank Of Baku

Lənkəranda bayram satış-yarmarkası keçiriləcək

Lənkəranda bayram satış-yarmarkası keçiriləcək
# 14 mart 2007 10:11 (UTC +04:00)
Martın 17-də səhər saatlarından başlayaraq Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində Novruz bayramı münasibətilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçiriləcək. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini İlkin Rəhimov məlumat verib. Onun sözlərinə görə, yarmarkada Lənkəran, Astara, Biləsuvar və Qəbələ rayonlarından 13 şirkətin məhsulları satışı çıxarılacaq. Yarmarkada həmçinin Bakı şəhərinin bir neçə şirkətinin istehsalı olan şirniyyat malları da alıcılara ucuz qiymətdə satılacaq. Həmin gün yarmarka iştirakçıları talış mətbəxinin ləziz nemətlərini də dadmaq imkanı əldə edəcək, rayonun Separadi kənd mədəniyyət evinin “Bacılar” folklor ansamblının ifasında qədim el mahnılarını dinləyə biləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR