Bank Of Baku

Novruz bayramı günlərində Bakı-Naxçıvan və əks istiqamətdə təyyarə reyslərinin sayı artırılacaq

Novruz bayramı günlərində Bakı-Naxçıvan və əks istiqamətdə təyyarə reyslərinin sayı artırılacaq
# 14 mart 2007 10:49 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” Dövlət Konserni Novruz bayramı günlərində Bakı-Naxçıvan və əks istiqamətdə təyyarə reyslərinin sayını artıracaq. Bu barədə APA-Economics-ə “Azərbaycan Hava Yolları” Dövlət Konsernindən məlumat verilib. Reyslərin sayının artırılmasında məqsəd bayram günlərində yaranmış sərnişin sıxlığını aradan qaldırmaqdır.
Konserndən hazırda gün ərzində Bakı-Naxçıvan və əks istiqamətdə 6 reysin həyata keçirildiyini, bayram günlərində reyslərin sayının sərnişinlərin sıxlığına uyğun olaraq müəyyənləşdiriləcəyini bildiriblər.
Qeyd edək ki, Dövlət Konserni bayramlarda, təhsil müəssisələri tətilə çıxan dövrlərdə və orduya çağırış mövsümlərində Bakı-Naxçıvan və əks istiqamətdə təyyarə reyslərinin sayını artırır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR