Bank Of Baku

UNİCEF-in regional direktorunun Azərbaycana səfəri başa çatıb

UNİCEF-in regional direktorunun Azərbaycana səfəri başa çatıb
# 14 mart 2007 11:59 (UTC +04:00)
Bu gün UNİCEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Maria Kalivisin Azərbaycana səfərinin yekunlarına dair brifinq keçirib. APA-nın məlumatına görə, M. Kalivisin Azərbaycanın hökumət və ictimai təşkilatlarının nümayəndələri ilə keçirdiyi görüşlərdən razı qaldığını deyib: “Azərbaycanda uşaqların hüquqları ilə bağlı səviyyəli qanunlar qəbul edib. Eyni zamanda Azərbaycanda uşaqların təhsil alması və sağlamlığı ilə bağlı bir sıra mühüm proqramlar həyata keçirilir. İşlərin dinamikasına baxdıqda, bunu görmək olar. Bu sahədə tərəfdaşlarımızla əməkdaşlıq etməyə hazırıq”. Məktəbəqədər təhsilin həcminin genişlənməsinin vacibliyini vurğulayan M. Kalivisin Azərbaycanı bu sahədə dünya təcrübəsindən bəhrələnməyə çağırıb. O, yeni doğulan uşaqlar arasında ölüm faizinin öyrənilməsi məqsədilə UNİCEF-in Azərbaycan hökuməti ilə birgə monitorinq keçirdiyini də qeyd edib: “Uşaq ölümü ilə bağlı fərqlər əvvəlki illərdən fərqlənir. Aparılan sorğuların nəticələri bu yaxınlarda açıqlanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR