Bank Of Baku

Milli Televiziya və Radio Şurası ANS-lə bağlı tenderin vaxtını uzadıb

Milli Televiziya və Radio Şurası  ANS-lə bağlı tenderin vaxtını uzadıb
# 14 mart 2007 14:35 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N. Məhərrəmli qurumun bugünkü iclasında qəbul olunmuş qərarı Novruz bayramı ilə bağlı 6 günlük istirahət elan olunması ilə əsaslandırıb.
MTRŞ sədri bu günə qədər ANS-dən başqa heç bir qurumun tenderdə iştirak üçün müraciət etmədiyini də deyib. MTRŞ sədrinin sözlərinə görə, ANS-in Şuraya təqdim etdiyi sənədlərdə olan texniki qüsurlar da artıq aradan qaldırılıb.
Qeyd edək ki, MTRŞ ANS-in tezliyi ilə bağlı martın 20-ə qədər tender elan etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR